İrəvan Rusiya ilə əlaqələri kəsərsə ƏRAZİSİNİN BİR HİSSƏSİNİ İTİRƏCƏK 

10:35 20.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Ermənistan Rusiya ilə əlaqələrini tam pozarsa, ərazisinin bir hissəsini itirə bilər".

Hafta.az-ın yazdığına görə, bunu Ermənistandakı “Azatagrum” siyasi hərəkatının lideri Miki Baqalayan deyib. Belə olduğu halda Gümrü bazasında Rusiyanın əvəzinə ABŞ əsgərlərinin olacağını proqnozlaşdıran Baqalayan “Moskva İrəvana güzəştli təbii qaz verməyəcək, elektrik enerjisi baha olacaq. Bundan narazı olan İrandan da yanacaq almaq mümkün olmayacaq” deyib.

Erməni siyasətçi bunun nəticəsində ölkədə istehsal xərclərinin bir neçə dəfə artacağını, Ermənistanın ABŞ-ın təsiri altına düşəcəyini, ölkənin Gömrük İttifaqından çıxmaq məcburiyyətində qalacağını və Rusiya bazarını itirəcəyini bildirib.

Bu ssenari baş verərsə, Ermənistan bazarlarında Türkiyə məhsullarının Rusiya məhsullarını əvəzləyəcəyini deyən Baqalayan Ankaranın iqtisadi ekspansiyasının başlayacağı, İrəvanın Türkiyə və Azərbaycanla sülh müqaviləsi bağlamalı olacağı fikrini dilə gətirib. Badalayan “Rusiya ilə dostluq etməzsək, Armeniya gedəcək, Ermənistan gələcək” deyərək Türkiyənin təsirinin artacağını qeyd edib.

Bu səbəbdən erməni siyasətçi xəbərdarlıq edib ki, Ermənistan xalqı satqınlardan dərhal qurtulmalı və Rusiya ilə dost olmalıdır, əks halda ölkə İranla da müharibəyə getməli olacaq.

Siyasət rubrikasından digər xəbərlər